Məşhur aktyor Nikolas Keyc evsiz qalıb
Bu gün, 17:44

Amerikalı aktyor Nikolas Keyc sentyabr ayında Malibudakı malikanəsinin nəhəng çuxura doğru çökmə təhlükəsi ilə üzləşməsindən sonra müvəqqəti olaraq evsiz qaldığını bildirib.
Oxu.Az "Page Six" nəşrinə istinadən xəbər verir ki, aktyor hazırda hotellərdə yaşayır.
Nikolas Keycin Malibudakı malikanəsi çökdü, biotualetlər yarğana töküldü - FOTO
"Hazırda bir qədər evsiz qalmışam. Malibudakı evimlə bağlı xoşagəlməz hadisə baş verib. Buna görə də hotellərdə yaşayıram", - deyə Keyc bildirib.
Nəşrin yazdığına görə, 62 yaşlı aktyorun okean sahilində yerləşən və 10,5 milyon dollar dəyərində qiymətləndirilən malikanəsi güclü yağışlar və sahil eroziyası nəticəsində ciddi zərər görüb.
Sentyabrın 8-də yayımlanan görüntülərdə malikanənin avtomobil yolunun yerləşdiyi ərazidə böyük çuxurun əmələ gəldiyi görünür. Asfalt və beton örtük çökərək dağıntılarla birlikdə çuxura tökülüb. Hadisə nəticəsində aktyorun qonşularının da təxliyə edilməsinə ehtiyac yaranıb.

