4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər

Bu gün, 11:24           
4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər
Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

"Bakupost" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib.

Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb.

Məlumata görə, sözügedən tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Onlardan bəzilərinin tutduqları vəzifələrdən azad olunacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]