Vüqar Zifəroğlu BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsindən gedir - Yeni namizədlərin adları açıqlanıb

Bu gün, 09:44           
Vüqar Zifəroğlu BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsindən gedir - Yeni namizədlərin adları açıqlanıb
Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçildikdən sonra dekanlıq uğrunda keçiriləcək yeni müsabiqəyə qatılmayıb.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində dekan dəyişikliyi gözlənilir.

TEREF Modern.az-a istinadən xəbər verir ki, 2017-ci ildən fakültəyə rəhbərlik edən hazırkı dekan Vüqar Zifəroğlu yeni müddət üçün elan olunan müsabiqədə iştirakla bağlı müraciət etməyib.

Xatırladaq ki, Vüqar Zifəroğlu 2026-cı ilin oktyabrında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. O, bu vəzifədə Rəşad Məcidi əvəz edib.

Fakültənin yeni dekanı postuna üç kafedra müdirinin namizədliyi müzakirə olunur. Bunlar Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlidir.

Qeyd edək ki, mövcud qaydalara görə, universitetlərdə dekanlar müsabiqə əsasında beş il müddətinə seçilirlər. Dekanın səlahiyyət müddətinin başa çatmasına ən azı iki ay qalmış yeni müsabiqə elan olunmalıdır.

Qaydalara əsasən, eyni şəxs bir universitetdə dekan vəzifəsinə ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməz. Dekan vəzifəsinin müvəqqəti icrası isə üç aydan çox müddətə həvalə edilə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]