Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs edildi

Bu gün, 00:04           
Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs edildi
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib.

“32gun.az" Lent.az-a istinadla xəbər verir ki, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi “xidmət” qarşılığında isə qadından 5000 manat pul alıb.

Məlumata görə, zərərçəkənin oğlu 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı İstintaq Təcridxanasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.4 (külli miqdarda oğurluq), 193-1.3.1 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması) və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması xeyli miqdarda törədilməsi) maddələri ilə cinayət işi açılıb.

Lakin Firudin Əmirov zərərçəkən qadına verdiyi sözü tutmayıb. Buna görə də, o, şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Qeyd olunub ki, zərərçəkən qadın Firudini qızının kişi dostu vasitəsilə tanıyıb. Zərərçəkən ifadəsində Firudinin onu aldatdığını, verdiyi 5000 manat pulu qaytarmadığını və ondan şikayətçi olduğunu deyərək, barəsində ağır cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə F. Əmirov barəsində 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]