Şəkidə Rezonans Doğuracaq Skandal: "Şəhid Atası" Adı İlə Qanunsuzluq, İcra Hakimiyyətində İflic!

Bu gün, 11:47           
Şəkidə Rezonans Doğuracaq Skandal:
Keçən günlərdə Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti 182 ünvanında aparılan qanunsuz tikinti və vətəndaş İlqar Eyyubovun qanuni qaraj yolunun kəsilməsi ilə bağlı yazımızı təqdim etmişdik.
Məsələni diqqətdə saxlayaraq araşdırmalarımızı davam etdirdik və ortaya dəhşətli, bir o qədər də rəzalət dolu yeni faktlar çıxdı.
​Görünür, Şəkidə baş verən bu özbaşınalıq sadə bir tikinti pozuntusu deyilmiş, arxasında yalanların və məsuliyyətsizliyin dayandığı böyük bir biabırçılıqmış!
​"Şəhid Atası" Yalanı: Müqəddəs Adı Ucuzlaşdıranlar Cəzalandırılmalıdır!

​Tikintini pərdələmək üçün ortalığa atılan "şəhid atası" iddiasının yalan olduğu ortaya çıxdı!Özünü Şəhid atası kimi təqdim edən Rəsulov Yaşar Rəsul oğlu haqqında Şəkidən daxil olan məlumatlara görə, özünü "şəhid atası" kimi qələmə verən və bu adın arxasında gizlənərək qanunsuzluq törədən bu şəxsin şəhidliklə, şəhid ailəsi ilə heç bir əlaqəsi yoxdur!
​Bu nə mənəviyyatsızlıqdır? Şəxsi biznes maraqları üçün, bir vətəndaşın yolunu kəsib obyekt ucaltmaq üçün şəhid kimi müqəddəs bir adı alət etmək hansı vicdana sığır?
Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın adını bu cür çirkin əməllərə qatan, özünə "saxta status" düzəldib qanunları tapdalayan bu şəxs qanun qarşısında və hüquq-mühafizə organları tərəfindən ən ağır şəkildə cəzalandırılmalıdır!
​İctimaiyyətlə Əlaqələr Şöbəsi, Yoxsa "Həqiqəti Gizlətmə Aparatı"?
​Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət olunsada göstərilən münasibət isə acınacaqlı mənzərəni tam ortaya qoyur.
Redaksiyamızın və jurnalistlərin ünvanladığı suallara yarımçıq, dolaşıq cavablar vermək, mətbuat nümayəndələrini qəbul etməkdən boyun qaçırmaq nə deməkdir?
​Jurnalistlərdən qaçmaqla, suallardan yayınmaqla nəyi gizlədirsiniz?
İcra Hakimiyyətinin bu qeyri-ciddi mövqeyi birbaşa onu göstərir ki, bu tikintinin arxasında çox qaranlıq və şübhəli məqamlar var! Əgər əməliniz düzdürsə, əgər orada hər şey qanunidirsə, niyə mətbuatın qarşısına çıxıb açıq cavab verə bilmirsiniz?
​İctimaiyyətlə Əlaqələr Şöbəsi öz vəzifə səlahiyyətlərini, mətbuatla işləmək mədəniyyətini bilmirsə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısına səslənirik:
Zəhmət olmasa, öz kadrlarınıza lazımi tövsiyəni və tapşırığı verin! Dövlət qurumunun şöbəsi jurnalistə qapı göstərmək üçün deyil, xalqın və mətbuatın suallarına şəffaf cavab vermək üçün fəaliyyət göstərməlidir!
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]