İsrail kəşfiyyatından ABŞ-yə xəbərdarlıq: "İran kimyəvi silah tətbiq edə bilər"

Bu gün, 16:44           
İsrail kəşfiyyatından ABŞ-yə xəbərdarlıq:
İsrail İranın kimyəvi silah tətbiq etməyə hazırlaşa biləcəyi barədə ABŞ-yə kəşfiyyat məlumatları təqdim edib.

Bu barədə "The New York Times" qəzeti ABŞ rəsmilərinə və Fars körfəzi ölkələrinin nümayəndələrinə istinadən yazıb.

Bəzi nümayəndələr hesab edirlər ki, İsrail bu təhlükə barədə məlumatlardan ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmaq üçün istifadə edir. İsrail kəşfiyyat məlumatlarını Fars körfəzi ölkələri ilə də bölüşüb.

İsrail xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, İran kimyəvi silahların raketlərə yerləşdirilməsi və ya onların digər ölkələrə gizli şəkildə çatdırılması texnologiyalarının hazırlanmasını sürətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]