Baxıram, bəziləri "MÜSƏLMAN" ilk dəfə Senata seçildi deyə bəh-bəhlə paylaşır... amma və lakin...
Bu gün, 16:18

Baxıram, bəziləri "MÜSƏLMAN" ilk dəfə Senata seçildi deyə bəh-bəhlə paylaşır...
Təriflədiyiniz, sevincdən sizi göyə uçuran El-Sayedin Azərbaycanı hərbi yardım məsələsində ittiham edən, bunu beynəlxalq hüququn pozulması kimi təqdim edən mövqelərini bilirsiz?
Bu "MÜSƏLMAN" Senator kimi erməni xalqının təhlükəsizliyi, öz müqəddəratını təyin etməsi və maraqlarını müdafiə edəcəyini vəd edib. Bu, humanitar çağırış deyil e, bu, konkret siyasi mövqedir.
Hətta seçilməsində erməni müəllimlərinin xüsusi əməyi olduğunu vurğulayıb. (ANCA-nın yaydığı məlumatda da qeyd olunur ki, El-Sayed Detroit ətrafında erməni əsilli amerikalı müəllimlərin əhatəsində böyüyüb.
Ümumilikdə qeyd edim ki, Azərbaycan diplomatiyasının nəzərə almalı olduğu mühüm məsələ var burda... İllərdir görünən bu ki, erməni lobbisi artıq yalnız ABŞ Konqresinə kənardan təsir göstərməyə çalışmır, həm də seçki prosesində dəstəklədiyi namizədlərin siyasi platformasına təsir imkanlarını genişləndirir.
Azərbaycan icması Amerikada El-Sayedə etirazını bildirən bəyanat yaymışdı.
Lakin ermənilərin, onları dəstəkləyənlərin haqsız addımlarına qarşı Azərbaycan da öz mövqeyini yalnız etiraz bəyanatları ilə deyil, Amerika siyasi dairələri, konqresmenlər, senatorlar, ekspert mərkəzləri və Azərbaycan-Amerika icması ilə sistemli iş vasitəsilə çatdırmalıdır.
Çünki El-Sayedin Azərbaycanın hərbi yardımını beynəlxalq hüquqa zidd adlandırması artıq birbaşa siyasi qarşıdurma potensialı yaradan bəyanatdır.
Görək, bu "MÜSƏLMAN"IN Senatdakı ilk qanunvericilik təşəbbüsləri və Azərbaycana münasibətdə konkret addımları olacaq... Əslində bəllidir, amma yenə də...
Tamilla Qulami
TEREF

