Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR

Bu gün, 17:48           
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR
Xəbər verdiyimiz kimi, Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.

Gununsesi.info-nun əldə etdiyi ilkin məlumata görə, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.

İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.

Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.

Bildirilir ki, onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcminin yoxlanıldığı bildirilir.

Məlumatda Elçin Yusubovdan başqa Xüsusi Nümayəndəliyin mühasibinin, habelə adıçəkilən rayonlarda təmir-tikinti işləri aparan MMC-lərin rəhbərlərinin də dindirildiyi deyilir.

Qeyd edək ki, Elçin Yusubov 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]