Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR

Bu gün, 08:44           
Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayon mərkəzində fəaliyyət göstərən "Gəncə Təndiri" sahibkarlıq obyektini ziyarət edib.

AzFakt.com xəbər verir ki, bu haqda rayon icra hakimiyyətinin rəsmi səhifəsində paylaşım edilib.

Məlumatda qeyd edilib ki, ziyarət çərçivəsində icra başçısı obyektin iş prosesi, istehsal şəraiti və sakinlərə göstərilən xidmətin keyfiyyəti ilə yaxından tanış olub. Sahibkar və işçi heyəti ilə həmsöhbət olan rayon rəhbəri yerli sahibkarlığın inkişafının və yeni iş yerlərinin yaradılmasının rayon üçün prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

İcra başçısının bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Əməkdar jurnalist Mahir Məmmədlinin icra hakimiyyətinin bu paylaşımına reaksiya verib: "Ürəyi "piiojki" istəyib yəqin. Reklam etmək olmasın, "Gəncə təndiri"ndə onu yaxşı bişirirlər".

Qeyd edək ki, Hacıbaba Babayev bu ilin sentyabr ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]