Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO

Bu gün, 09:44           
Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məşhur “Ağ Saray” şadlıq evinin arxasındakı ağacların çıxarıldığı iddia olunur.

Bizimesr.info xəbər verir ki, daxil olan məlumata görə, ərazidə daha böyük obyektin tikintisi nəzərdə tutulur. Bildirilir ki, ərazi hasarlanıb, çəkiliş aparılmasına məhdudiyyət yaradılır və baş verənlərin ictimaiyyətdən gizlədilməsinə cəhd göstərilir.

Digər məlumata görə, sözügedən ərazidə tikinti işlərinin aparılması Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə razılaşdırılıb.

Ərazidə hansı obyekt tikilir? Ağacların çıxarılması hansı hüquqi əsasla həyata keçirilir? Tikintiyə müvafiq icazələr verilibmi və ağacların götürülməsi üçün aidiyyəti qurumların razılığı alınıbmı?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına rəsmi sorğu ünvanlayıb.

Qurumların cavabını dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]