Ronaldu Portuqaliya millisi ilə vida matçından imtina edib

Bu gün, 11:44           
Ronaldu Portuqaliya millisi ilə vida matçından imtina edib
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa vurmaq qərarını açıqladıqdan sonra vida matçı keçirmək təklifini rədd edib.

"Observador" nəşri xəbər verir ki, Portuqaliya Futbol Federasiyası futbolçu üçün xüsusi vida oyunu təşkil etməyi təklif edib.

Lakin Ronaldu sonuncu dəfə meydana çıxmaq üçün milliyə qayıtmaq istəmədiyini bildirib.

Noyabrın 5-də Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş arasında telefon danışığı planlaşdırılsa da, bu, baş tutmayıb. FPF prezidenti Pedru Proensa söhbətdə vasitəçi kimi iştirak etməli idi.

Məlumata görə, hücumçu artıq baş məşqçi ilə danışmaq istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]