Türkiyə parlamenti Məkkə sazişini qəbul etdi

Bu gün, 12:44           
Türkiyə parlamenti Məkkə sazişini qəbul etdi
Türkiyə Böyük Millət Məclisinin plenar iclasında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Müqaviləsinin ("Məkkə sazişi") təsdiqinə dair qanun layihəsi qəbul edilib.

"Haber Global" telekanalı xəbər verir ki, bununla da üç ölkə arasında Məkkə Alyansı çərçivəsində daxili təsdiq prosesi başa çatıb.

Sazişə əsasən, ölkələrdən birinə qarşı həyata keçirilən hücum hər üç dövlətə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.

Razılaşma çərçivəsində birgə istehsal, kəşfiyyat məlumatlarının mübadiləsi, terrorçuluqla mübarizə və müdafiə sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]