Avropada bomba təhlükəsi: Uçuşlar dayandı

Bu gün, 12:34           
Avropada bomba təhlükəsi: Uçuşlar dayandı
Avropanın bir sıra ölkələrində bomba təhdidləri səbəbindən azı 11 aviareysin hərəkətində fasilələr yaranıb.

TEREF-in “Associated Press“ə istinadən məlumatına görə, bir neçə sərnişin təyyarəsi istiqamətini dəyişərək başqa hava limanlarına yönləndirilib və ya məcburi eniş edib.

Bomba təhdidləri ilə əlaqədar Dublin, Kopenhagen, Helsinki, Madrid, Milan və Varşavadan həyata keçirilən reyslər də daxil olmaqla bir sıra uçuşlar təsirlənib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarələrdə aparılan yoxlamalar zamanı partlayıcı qurğular aşkarlanmayıb. Təhdidlərin mənbəyi və onların arxasında kimin dayandığı hələlik məlum deyil.

Hadisələrlə bağlı Avropa ölkələrinin müvafiq təhlükəsizlik və aviasiya qurumları araşdırma aparır./Globalinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]