18 metr dərinlikdə qarşıdurma: Maldiv adalarında dalğıclar arasında dava düşdü - Video

Bu gün, 15:16           
18 metr dərinlikdə qarşıdurma: Maldiv adalarında dalğıclar arasında dava düşdü - Video
Maldiv adalarında yerləşən "Kuda Ra Thila" dalğıc mərkəzində suya dalma zamanı üç əcnəbi dalğıcın hücumuna məruz qaldığını bildirən çinli təlimatçı insident barədə danışıb.

"The Sun" nəşrinin verdiyi məlumata görə, təlimatçı Syao Du bildirib ki, dalğıclardan biri onu itələyib və üzgəci ilə vurub.

Daha sonra hadisə yerinə digər iki nəfər yaxınlaşıb və tərəflər arasında dava başlayıb. Onun sözlərinə görə, qarşı tərəf sualtı maskasını və tənəffüs aparatını çıxarmağa cəhd edib. Təlimatçı qeyd edib ki, belə bir hərəkət suyun dərinliyində ciddi təhlükə yarada bilər.

İnsidentlə əlaqəli şirkət hadisənin baş verdiyini təsdiqləyərək müvafiq qurumlara məlumat verildiyini açıqlayıb. Münaqişənin dəqiq səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib.

"Maldives Legend" şirkətinin direktoru "Facebook" səhifəsində paylaşım edərək hadisədən sonra bələdçilərindən birinin işdən kənarlaşdırıldığını təsdiqləyib.

"Əldə etdiyimiz məlumata görə, münaqişə başqa bir gəmidə çalışan dalğıc-bələdçi ilə qonaqlarımızdan biri arasında baş verən insidentdən sonra başlayıb. Daha sonra bizim dalğıc komandamız hadisəyə müdaxilə edib. Peşəkar dalğıcımızın davranışı ilə bağlı sonradan ciddi ittihamların irəli sürüldüyünü qəbul edirik. Bu ittihamlar və hadisənin bütün təfərrüatı diqqətlə və qərəzsiz şəkildə araşdırılmalıdır", - deyə şirkət rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]