Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb

Bu gün, 16:24           
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Kamerunun şimalındakı yaşayış məntəqəsinə "Boko haram" qruplaşması üzvlərinin hücumu nəticəsində 4-ü dinc sakin və 3-ü yaraqlı olmaqla, azı 7 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, silahlı yaraqlılar yaşayış məntəqəsinə soxularaq nizamsız atəş açıb və qarətlər törədiblər.

"Onlar üç dinc sakini hadisə yerindəcə öldürüb, daha biri isə səhər tezdən aldığı yaralardan vəfat edib. Qüvvələrimiz hücum edənlərlə döyüşə girib və üç terrorçunu öldürüb. Hazırda Kozada vəziyyət nisbətən sakitdir", - mənbə deyib.

Yerli media qeyd edib ki, hücum zamanı yaraqlılar bir kişini və iki uşağı qaçırıblar.

"Boko haram" qruplaşması 2014-cü ildən bəri Kamerunda mülki əhaliyə müntəzəm olaraq hücumlar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]