İndiana Consun şlyapası, Betmenin kostyumu: Londonda milyonluq hərrac - Foto

Bu gün, 16:38           
İndiana Consun şlyapası, Betmenin kostyumu: Londonda milyonluq hərrac - Foto
Böyük Britaniyanın paytaxtı Londonda ən məşhur filmlərdə istifadə olunmuş əşyaların yer alacağı genişmiqyaslı hərrac keçiriləcək. Hərracın təşkilatçısı "Propstore" satışlardan təxminən 10 milyon funt sterlinq (26 milyon manat) gəlir əldə etməyi planlaşdırır.

Oxu.Az "Independent" nəşrinə istinadən xəbər verir ki, hərracın ən diqqətçəkən lotlarından biri "Qaranlıq cəngavər" (2008) və "Qaranlıq cəngavərin qayıdışı" (2012) filmlərində istifadə olunan "Batpod" motosikletidir.

Onun qiyməti 450-900 min funt sterlinq (1-2 milyon manat) arasında qiymətləndirilir.

Həmçinin "Betmen başlayır" filmində Kristian Beylin geyindiyi kostyum da satışa çıxarılacaq. Kostyumun 125-250 min funt sterlinqə (286-572 min manat) satılacağı gözlənilir.

Kolleksiyaçılar üçün xüsusi maraq doğuran lotlardan biri isə 1984-cü ildə çəkilmiş "İndiana Cons və Qiyamət məbədi" filmindən olan əşyalar dəstidir. Dəstə şlyapa, kaskadyor köynəyi və təxminən 2.4 metr uzunluğunda qamçı daxildir. Şlyapa və köynək Harrison Fordun dublyoru Vik Armstronqa məxsus olub.

Dəstin qiyməti 400-800 min funt sterlinq (915 min - 1.8 milyon manat), qamçının ayrıca qiyməti isə 200-400 min funt sterlinq (457 min - 915 min manat) aralığında müəyyən edilib.

Hərracda digər məşhur əşyalar da satışa çıxarılacaq: "Taxt oyunları" serialında Con Snounun istifadə etdiyi "Uzun caynaq" qılıncı - 50-100 min funt sterlinq (114-228 min manat), Droqonun əjdaha yumurtası - ilkin qiyməti 20 min funt sterlinq (təxminən 45 750 manat).















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]