Fransada məşhur rəssam Pablo Pikassonun 6 qravürünün oğurlanması ilə bağlı iş üzrə 7 nəfər saxlanılıb.
Bu barədə "20Minutes" nəşri məlumat verib.
Məlumata görə, jandarmlar oktyabrın 1-dən 2-nə keçən gecə Kann yaxınlığındakı Mujen kəndində "L'Amandier de Mougins" restoranından Pikassonun əsərlərini oğurlayan cinayətkarları bir ay ərzində axtarıblar. Oğurluqda birbaşa üç nəfər iştirak edib: əlcəklər və kapüşonlarda olan iki kişi məkana soxulub, üçüncüsü isə əlbirlərini maşında gözləyib.
Əməliyyat zamanı 18-30 yaşlarında 7 nəfər saxlanılıb. Jurnalistlərin məlumatına görə, onların hamısı mütəşəkkil cinayətkar qruplaşmaların üzvləridir. Onların hərəkətləri nəticəsində dəyən ziyan 100 000 avrodan çox qiymətləndirilir.
Jandarmdan əlavə ediblər ki, oğurlanmış qravürlər sahiblərinə "ideal vəziyyətdə" qaytarılıb.