Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO

Bu gün, 00:06           
Anar Bayaramovun yanlış qərarları -
Adları korrupsiyada hallanan şəxslərin Beyləqan xəstəxanasında vəzifə sahibinə çevriləmələri Səhiyyə sistemində biabırçı bir durumun nəticəsi kimi görmək olar.

AzFakt.com xəbər verir ki, ötən gün gün Şaiq Şükürov adlı şəxs Beyləqan Xəstəxanasının yeni baş direktoru təyin edilib. Şaiq Şükürovun sonuncu iş yeri Füzuli Rayon Mərkəzi Xəstəxanasında derektor müavini vəzifəsi olub.

Qeyd edək ki, hazırda Beyləqan xəstəxanasının Poliklinika müdiri Şaiq Şükürovun əmisi Natiq Şükürovdur. Adı çəkilən şəxs bu vəzifəyə bir ay öncə keçmiş baş direktor Leylan Nəsirova tərəfindən təyin edilib.

Natiq Şükürov

Xatırladaq ki, Natiq Şükürov Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işlədiyi dövrdə yol verdiyi korrupsiya əməllərinə görə işdən çıxarılmışdı. Həmçinin Natiq Şükürovla əlbir olan qardaşı oğlu, poliklinika şöbəsinin müdiri Şəfa Şükürovda cinayət məsuliyyətinə cəlb edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi açılmışdır.

Ancaq bir müddət keçdikdən sonra Natiq Şükürov hansısa vasitələrlə Füzuli rayon xəstəxanasında həkim kimi işə bərpa olunub və 2026-cı ilin sentyabr ayında Beyləqan rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsinə gətirilib.

İki gün öncə isə Natiq Şükürovun qardaşı oğlu Şaiq Şükürov Beyləqan xəstəxanasının baş direktoru təyin edilib.

Şaiq Şükürov

Xatırladaq ki, Füzuli rayonunun səhiyyə sistemində çalışan Şükürovların adları bir çox korrupsiya əməllərində hallanıb. Keçmişlərində ciddi problemləri olan birilərinnin yenidən vəzifələrə təyin edilməsi isə ölkənin səhiyyə sistemində ciddi problemlərin olduğuna dəlalət edir. Xüsusilə Anar Bayramovun korrupsiya keçmişləri olan şəxsləri vəzifəyə qoyması ayrıca suallar doğurur. Doğrudanmı yeni nazir kadrları təyin edərkən onların keçmişi ilə heç maraqlanmır? Korrupsioner kadrları Anar Bayramov özü seçir, yoxsa kimlərsə ona bu kadrları təqdim edərək nazirin imicini korlamağa çalışır?

Qeyd edək ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasına təyin edilən Şaiq Şükürovun təqdimat mərasimi dünən gecə saatlarında səssiz həyata keçirilib. Görünür nazir Anar Bayramovun komandası biabırçı təyinatlarını gizlətmək üçün gecə təqdimatına ehtiyyac duyublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]