Gənclərdən ibarət dəstə adam oğurluğu edib - Britaniyada

Bu gün, 11:18           
Gənclərdən ibarət dəstə adam oğurluğu edib - Britaniyada
Böyük Britaniyanın Liverpul şəhərindən olan dörd nəfərlik gənclər dəstəsi bir kişini girov götürməyə və onun pulu ilə elektrikli motosikletlər almağa görə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

32gun.az bildirir ki., bu barədə "Birkenhead.News" nəşri məlumat yayıb.

Dörd gəncdən ibarət qrup zərərçəkəni saat almaq bəhanəsi ilə görüşə çağırıb. Kişi sevgilisi ilə birlikdə göstərilən ünvana gəlib evin içərisinə daxil olan kimi, dəstə üzvləri onu üzüüstə yerə yıxaraq ağzını və gözlərini yapışqan lentlə (skotçla) bağlayıblar.

Bunun ardınca qadına ərazini tərk etməyi əmr edən cinayətkarlar zərərçəkəni onun öz avtomobilinə basaraq hadisə yerindən uzaqlaşıblar. Yolda girovun telefonundan istifadə edərək onun dostuna zəng vurublar və bildiriblər ki, tələb olunan qızıl-zinət əşyalarını təhvil verməsələr, əsir götürdükləri şəxsi öldürəcəklər.

Növbəti gün dəstə üzvləri yeddi ədəd elektrikli motosikletin alışı üçün razılığa gəliblər və çatdırılma zamanı ödənişi zərərçəkənin bank kartındakı vəsaitlə həyata keçiriblər.

Daha sonra girovun dostu ilə görüşə gedərək ondan tələb etdikləri qızıl və pulları götürüblər. Polislər dəstənin bütün üyələrini elə saxlandıqları evdə ələ keçiriblər. Evin içərisində yüngül xəsarətlər almış zərərçəkənin özü də tapılıb.

Məhkəmənin hökmü ilə adam oğurluğunda iştirak edən şəxslərə müxtəlif cəzalar verilib. Cinayətdəki rollarından asılı olaraq onlar 7 il 6 aydan 8 il 3 aya qədər müddətə azadlıqdan məhrum olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]