"Mərhumun razılığı yoxdur" -

Bu gün, 12:38           
"Mərhumun razılığı yoxdur" -
Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi Şotlandiyanın Qlazqo şəhərindəki Kelvinqrouv İncəsənət Qalereyası və Muzeyinin rəhbərliyindən 4 min il yaşı olan kahin mumiyasının Misirə qaytarılmasını xahiş edib.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Bildirilib ki, Next adlı kahinin mumiyası etik səbəblərdən ekspozisiyadan çıxarılıb. Muzey rəhbərliyi rəngli sarkofaqın nümayişini "mərhumun və ya onun nəslindən olanların razılığının olmaması" ilə əsaslandıraraq dayandırıb.

Hesab edilir ki, Next təxminən 4 min il əvvəl yaşayıb. Onun qalıqları XX əsrin əvvəllərində Misirdə aparılan qazıntılar zamanı aşkar edilib və 1923-cü ildə Qlazqo şəhərinə hədiyyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]