ABŞ-dən İrana cavab zərbəsi: Hərbi hədəf məhv edildi

Bu gün, 11:46           
ABŞ-dən İrana cavab zərbəsi: Hərbi hədəf məhv edildi
ABŞ ordusu Hörmüz boğazının ən iri quru sahəsi olan İranın Keşm adasına hücum edərək orada yerləşən hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Bu mövzu ətrafında çox danışmaq niyyətində deyiləm. Endirdiyimiz zərbələr miqyasca kiçik, lakin kifayət qədər effektivdir. Onların orada qurduğu yığcam zenit kompleksini biz təxminən on beş, bəlkə də beş dəqiqə içində tamamilə məhv etdik", - deyə Tramp Florida ştatında mətbuat nümayəndələri ilə söhbəti zamanı qeyd edib.

İranın kütləvi informasiya vasitələri adıçəkilən adada bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. "Tasnim" xəbər yayıb ki, Keşm ərazisinə iki ədəd raket düşüb. Bundan bir saat sonra isə ordu komandanlığının mətbuat xidməti ada səmasında ABŞ-yə məxsus "MQ9" pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan edib. Hadisə nəticəsində insan itkisi və ya dağıntı barədə məlumat verilməyib.

"Axios" portalı qeyd edib ki, ABŞ-nin bu cavab zərbəsi məhz həmin adadan Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus qırıcıya raket atəşinin açılmasından sonra reallaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]