Dəhşətli hadisə: Azərbaycanda polkovnik küçədə qadını öldürüb - ŞOK VİDEO

Bu gün, 10:58           
Dəhşətli hadisə: Azərbaycanda polkovnik küçədə qadını öldürüb - ŞOK VİDEO
Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub.
Xəzər TV xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.

Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış:

"Həyətdə bir nəfər xəbər verdi ki, qarajda qadın yıxılıb. Biz dərhal qaraja getdik. Qadının yerdə uzandığını gördük. Üç-dörd dəqiqə sonra qonşumuz Həsən müəllim təcili yardıma zəng etdi. Təcili yardım gəldi. Bizim köməyimizlə qadını xərəyə qoyub xəstəxanaya apardılar. Bir neçə saat sonra onun xəstəxanada vəfat etdiyi məlum oldu".

Komendant bildirib ki, Esmira Sadıqova həyətdəki zibil qutularından nəvələri üçün müxtəlif məişət əşyaları və geyimlər toplayırmış:

"O qadın həmişə həyətə gəlirdi. Müxtəlif həyətlərdən ərzaq, yararlı əşyalar və paltarlar yığırdı. Deyirdi ki, oğlum həbsdədir, nəvələrim üçün əşyalar toplayıb aparıram. Ehtiyacı olan bir qadın idi".

Hadisə şahidlərinin iddiasına görə, avtomobili idarə edən Həsən Seyidbəyov qadını vurduğundan xəbərsiz olduğunu bildirib. Onların sözlərinə görə, o, hadisədən sonra yeraltı dayanacağın pilləkənləri ilə mənzilinə qalxıb, daha sonra baş verənlərdən xəbər tutaraq təcili yardıma zəng edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]