KİMDİ DƏLİ...

Bu gün, 09:17           
KİMDİ DƏLİ...
Yahudi kökənli ukraynalı bir icmalçıdan dinlədim, deyir, rusiyalı milyarder bir dostumla Tramp`ı müzakirə edirdik. Soruşdu ki, Trampın hərəkətlərini necə qiymətləndirirsən.
Dedim: bütün hərəkərləri başdan ayağa dəlilikdir.
Dedi: bu dəliliyin içində qazanan, sərvətini artıran, milyardın üstünə milyard gətirən kimdir? Tramp, yoxsa mən?
Dedim: Tramp...
Dedi: onda dəli Tramp deyil, ona bu fürsəti verənlərdir. Əgər bir insan səfehlik nümayiş etdirib milyardlar qazana bilirsə demək o, dəli deyil, tamamilə ayıqbaşlı adamdır.
Bunu milyard qazanmaq təcrübəsi olan biri deyir.
Məntiq var, deyilmi...
*
Yadıma "Dəli Yığıncağı" düşdü...
Mirzə Cəlilin dəyərli və ölməz əsəridir...
Mehdi Məmmədovun quruluşunda baxmışdım.
Ölkənin dəlilərini müalicə etmək üçün Əmristandan dəvət edilmiş doktor axırda çaşıb qalır. Bilmir, dəli sayılanlar dəlidir, yoxsa dəli sayanlar dəlidir.
Və sonda çaş-baş halda hər iki tərəfə boylanaraq belə bir sual verir:
KİMDİ DƏLİ...
Aktual sualdır, deyilmi
Deməli, işin babalı ABŞ xalqının boynunda qaldı...
Zatən, hakim olan bütün oyunbazların, hoqqabazların, talançıların, yağmaçıların babalı tarixboyu xalqların boynunda qalıb...
Bu da minbirinci olsun...
*
Yaxşı yadıma düşdü, "Dəli Yığıncağı"nın ağıllıları da Sahib Zamanı gözləyirdilər. Trampın da özümü, ətrafımı ona İsa Məsih dedi...
Mehriban Vezir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]