DGK-da işçilərin primitiv hüquqları belə yox imiş... - DAHA BİR FAKT...

Bu gün, 12:22           
DGK-da işçilərin primitiv hüquqları belə yox imiş... - DAHA BİR FAKT...
Dövlət Gömrük Komitəsində mövcud problemlərlə bağlı davamlı olaraq məlumatları diqqətinizə təqdim edirik. Burada maraqlı olanı odur ki, neqativ faktları ictimailəşdiririk, amma DGK rəhbərliyi tədbir görməyə yox, bu problemləri inkar etməyə üstünlük verir. Və həm də trollar hesabına... Sosial şəbəkələrdəki paylaşımlarımız davamlı olaraq trol xidməti hesabına inkar edilsə də, fakt faktlığında qalır.
"DİA-AZ" bildirir ki, əsas ağrılı olanı isə problemin də yerində qalmasıdır.... problemə çevrilmiş məmurların da...
Bu problemlərin məhz DGK şefi Şahin Bağırovdan qaynaqlanması səbəbindən hansısa tədbir xarakterli addım atılmır. Hər halda görünəni və anlaşılanı budur. Əks halda, Şahin Bağırov qeyd olunan faktlara tədbir amaclı yanaşması ilə diqqətə gələrdi.
Məsələn biz hazırda DGK-nın yerləşdiyi binanın inşası zamanı yol verilən yeyinti faktlarına diqqət çəkirik. Yeni binada işçilər üçün normal şəraitin olmamasından yazırır... Yeni binanın hətta özünün tikinti normativlərinə cavab verməməsi səbəbindən FHN tərəfindən müvafiq sənədlərinin verilməməsini bəyan edirik... Binada çalışanların ən primitiv şərtlərinin olmamasından, yeməkxananın işləməməsindən məlumat veririk....
Əvəzində isə hansısa rəsmi izahat verilmir... Əksinə "Şahin Bağırova şər atmayın" kimi absurd trol reaksiyalarını görürük.
İşçilər isə narahatdırlar. Onlar "DİA-AZ"a bildirirlər ki, gerçəkdən də DGK daxilində "Gestapo rejimi" ab-havası var. Məlumatda deyilir: "Gündə 20 dəqiqə hava almaq üçün balkona çıxa bilirik. Əgər kimsə dronla yuxarıdan bizi müşahidə edərsə, onda görəcək ki, sanki türmədə dustaqlar kimi dövrə vururuq...
Allah eləməsin, qəza səraiti yaransa, binadan qacmaq mumkun deyil...
Binanın bütün ətrafına kiçik daşlarla yol çəkiblər... yerimək mümkün deyil. Hansısa etirazları belə eşitmirlər... Sanki dustaq rejimindəyik..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]