Azərbaycan bankları sənaye və istehsal kreditləşdirməsini təxminən 63% artırıb

3-04-2025, 12:08           
Azərbaycan bankları sənaye və istehsal kreditləşdirməsini təxminən 63% artırıb
Bu ilin martın 1-nə Azərbaycanda sənaye və istehsala yönəldilmiş bank kreditlərinin həcmi illik müqayisədə 62,66 %, cari ilin əvvəlindən isə 0,94 % artaraq 2,299 milyard manata çatıb.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bank sektoruna kredit qoyuluşunun ümumi həcmində bu sektorun payı 7,8 % təşkil edib.

Kreditləşmə baxımından ən sürətlə inkişaf edən ikinci sektor nəqliyyat və rabitə sektoru olub. Nəqliyyat və rabitə sahəsinə kredit qoyuluşu il ərzində 26,56 % artsa da, 2025-ci ilin əvvəlindən 0,1 % azalaraq 1,858 milyard manat (6,4 % payla) təşkil edib.

Xüsusi çəkisi 58,1 % olan istehlak kreditləşməsi də artmaqda davam edib. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi illik müqayisədə 20,41 %, ilin əvvəlindən isə 0,9 % artaraq 17,183 milyard manata çatıb.

Ticarət və xidmət sektoruna verilən kreditlər illik müqayisədə 16,14 % artsa da, 2025-ci ilin əvvəlinə nəzərən 0,49 % azalaraq 4,05 milyard manat (14,2% payla) təşkil edib.

Hesabat dövründə kənd təsərrüfatı və emal sahələrinə verilən kreditlər illik müqayisədə 12,09 % artsa da, 2025-ci il yanvarın 1-nə nəzərən 1,98 % azalaraq 575,225 milyon manata (12,09 %) düşüb.

Öz növbəsində, tikinti və daşınmaz əmlak sektorunun kreditləşməsi illik müqayisədə 2,5 % artsa da, ilin əvvəli ilə müqayisədə 2,72 % azalaraq 1,146 milyard manat təşkil edib.

Energetika, kimya və təbii ehtiyatlar yeganə sektordur ki, bank kreditləşməsi azalıb. Bu sektora verilən kreditlərin həcmi il ərzində 11,64 %, ilin əvvəlindən isə 0,79 % azalaraq 768,591 milyon manat təşkil edib.

2025-ci il martın 1-nə Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşu illik müqayisədə 19,38 %, ilin əvvəlindən isə 0,39 % artaraq 29,066 milyard manata çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]