Veteranlara verilən 80 manat... – Deputatdan təklif

5-11-2023, 00:02           
Veteranlara verilən 80 manat... –
Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanması təklif edilir.

Teref.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin xərcinin ödənilməsi üçündür:

“Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri başqa idi. İndi isə fərqlidir. Yəni, hazırda kommunal xidmətlərin xərcində artımlar var. Amma bir mexanizm hazırlansa, kommunal xidmətlərin xərci artdıqca ona uyğun olaraq da pensiya pulu arta bilər. Bu, pensiya pulu ilə onu formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar”.

axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]