Cəlilabadda əki sahələri ŞOR SU İLƏ SUVARILIR... - NARAZILIQ VAR!

23-08-2022, 17:06           
Cəlilabadda əki sahələri ŞOR SU İLƏ SUVARILIR... -
Cəlilabad rayonun bir neçə kəndində pambıq sahələri susuz qalıb.

Teref.AZ xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna Cəlilabad rayonunun muğan hissəsində yerləşən kəndlərin bir neçə fermeri müraciət edib.

Onların bildirdiyinə görə, pambığın sahələrinin hal-hazırda suya ehtiyacı yaranıb:

"Biz sahəni suvarmağa su tapmırıq. Su olmasa, bu il məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər. Məcbur qalıb sahələri şor su ilə suvarmışıq. Bu da torpağın keyfiyyətinin məhv olmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı Cəlilabad Suvarma Sistemləri İdarəsindən bildirilildi ki, rayona gələn su kanalına buraxılan suyun miqdarı azaldığı üçün bu problem yaranıb.

Qeyd edək ki, ötən il Cəlilabadda 500 hektar sahədə pambıq əkilsədə, bu il sahə 100 hektara qədər azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]