Hindistanın baş naziri Narendra Modi Ukraynada Zelenski ilə görüşəcək

21-08-2024, 16:34           
Hindistanın baş naziri Narendra Modi Ukraynada Zelenski ilə görüşəcək
Hindistanın baş naziri Narendra Modi Ukrayna prezidenti Volodimir Zelenski ilə cümə günü Ukraynada görüşəcək. Görüş, Zelenskinin Modini Rusiyaya səfəri zamanı Prezident Putini qucaqladığına görə tənqid etməsindən bir ay sonra baş tutur.

Modinin Rusiyaya səfəri rus raketlərinin onlarla ukraynalının ölümünə və uşaq xəstəxanasına ziyan vurduğu günə təsadüf etmişdi. Zelenski bu görüşü "dünyanın ən böyük demokratiyasının liderinin belə bir gündə Moskvada dünyanın ən qanlı cinayətkarını qucaqladığı üçün sülh səylərinə sarsıdıcı zərbə" kimi qiymətləndirib.

Modinin hökuməti hər iki ölkə ilə arasındakı tarixən müsbət münasibətləri qoruyaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı fikir bildirməkdən yayınıb. Bunun əvəzinə o, hər iki tərəfi münaqişəni dialoq yolu ilə həll etməyə çağırıb.

Zelenski bazar ertəsi deyib ki, Modinin Ukraynaya ilk səfəri zamanı "bir sıra sənədlərin də imzalanması gözlənilir".

Bu ilin əvvəlində Zelenski Ukraynanın Hindistanla əlaqələrini genişləndirməkdə - onunla kənd təsərrüfatı ixracını, əczaçılıq və sənaye ticarətlərini inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Qərbin 2020-ci ildə Ukraynaya hərbi müdaxilə etdiyinə görə tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Hindistanın əsas neft tədarükçüsünə çevrilib. Endirimli neft Hindistanın milyardlarla dollar qənaət etməsinə, Rusiyanın müharibə iqtisadiyyatının ayaqda qalmasına yardım edib.

Bundan əlavə Rusiyada "dəstək işlərinə" yazılan və Ukraynadakı müharibənin ön cəbhələrinə göndərilən azı beş Hindistan vətəndaşı həlak olub. Hindistan Moskvanı bu dəstək işlərinə yazılan vətəndaşlarını geri qaytarmağa çağırıb.

Hindistan Birləşmiş Millətlər Təşkilatının Rusiyaya qarşı sanksiyalarına riayət etməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]