Naxçıvana göndərilən Baş nazirin müavini deputatlığa namizəd oldu - Sədr gətirilir?

17-08-2024, 10:44           
Naxçıvana göndərilən Baş nazirin müavini deputatlığa namizəd oldu - Sədr gətirilir?
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Naxçıvan MR Ali Məclisinə deputatlığa namizədliyini irəli sürüb.

Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar Məmmədov 41 saylı Ordubad şəhər seçki dairəsindən namizədliyini irəli sürüb. O Ali Məclisin deputatı olmaq üçün mübarizə aparacaq.

Bildirək ki, Bəxtiyar Məmmədov Bakıdan Naxçıvana SOCAR-ın Neft emalı zavodunun direktoru vəzifəsindən azad edilərək göndərilmişdi.

Qeyd edək ki, Bəxtiyar Məmmədovun Baş nazirin müavini kimi yüksək bir postdan Ali Məclisə deputatlığa namizədliyini irəli sürməsi suallar doğurub. Onun böyük ehtimalla belə yüksək postdan Ali Məclisə deputat seçkilərində iştirak etməsi gələcəkdə Vasif Talıbovun yerinə sədr olacağı ehtimalını artırır.

Manşet.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]