Paşinyan Ermənistan ordusunda “beşinci kolon”un olduğunu deyib - ŞOK ETİRAF

12-04-2023, 19:37           
Paşinyan Ermənistan ordusunda “beşinci kolon”un olduğunu deyib - ŞOK ETİRAF
Azərbaycanla hərbi əməliyyatlar gedən günlərdə yüksək rütbəli zabitlərin özlərinin panika yaratdığı hallar olub.

TEREF.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı deyib.

O, ordu sıralarında “beşinci kolon”un olduğunu təkrarlayıb: “44 günlük müharibə ilə bağlı açılan cinayət işlərinin bir hissəsi komandirlərin ağır nəticələrə səbəb olan məsuliyyətsizliyi, digərləri isə onların birbaşa sabotajı ilə bağlıdır”.

O, komandirlərə qanunsuz addımlar atmağa icazə vermədiyini, bəzi komandirlərin digər yerlərdən bu barədə göstəriş aldıqlarını iddia edib.

Müharibə ilə bağlı yaradılmış parlament komissiyasının sədri Andranik Koçaryana müraciət edən Paşinyan bütün satqınlıq və sabotaj hallarının üzə çıxarılacağına ümidini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]