"Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi" -

11-04-2023, 15:17           
"Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi" -
“Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan deyib.

“Azərbaycanlılar Teğ kəndində 400 hektara yaxın ərazini götürüblər. Biz hər gün onların “ərazi”lərimizə necə daxil olduqlarının şahidi oluruq.

Biz çox mühüm çağırışlarla üz-üzəyik. Hakimiyyət cavab versin görək, azərbaycanlılar Zəngəzura girəndə bizim əsgərlər harada idi?

Azərbaycanlılar hər gün irəliləyir, mövqe tutur, kök salır. Biz səlahiyyətli orqanlar tərəfindən heç bir adekvat addım görmürük.

Günahkar cavab verməlidir. Sərhədlərimiz açıqdır. Hakimiyyət hər gün yalan danışır və insanları manipulyasiya edir. Səhər bir şey deyirlər, günorta başqa deyirlər”, – deyə o bildirib.

Danielyan deyib ki, Zəngəzurun Kornidzor kəndində Azərbaycan hərbçilərinə əsir düşə bilərdi.

“Gorusun Kornidzor kəndində məni azərbaycanlılar əsir götürə bilərdi. Çünki sərhədlər açıqdır. Azərbaycanlılar bir neçə yüz metr aralıda idilər. Kənd camaatı “yaxın getmə, tutacaqlar” deyə məni əsir düşməkdən xilas etdilər”, – deyə Danielyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]