Almaniyanın vitse-kansleri Habek Kiyevə gəlib

3-04-2023, 12:35           
Almaniyanın vitse-kansleri Habek Kiyevə gəlib
Ukraynanın Mariupol şəhəri müharibədən əvvəl
Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek (“Yaşıllar” Partiyası) Almaniyanın işgüzar dairələrinin nümayəndələrindən ibarət kiçik nümayəndə heyəti ilə bazar ertəsi səhər Kiyevə gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə "DPA" xəbər agentliyi məlumat yayıb.

Səfər təhlükəsizlik baxımından gizli saxlanılıb. Agentliyin məlumatına görə, səfərin əsas mövzuları Ukraynanın bərpası və enerji sektorunda əməkdaşlıq olacaq. Naziri, xüsusən də Almaniya Sənaye Birliyinin rəhbəri Ziqfrid Rusvurm müşayiət edir.

Səfər barədə açıqlama verən Habek qeyd edib ki, onun səfəri göstərir ki, Avropa Kiyevi təkcə çətin anlarda dəstəkləməkdə maraqlı deyil, həm də Ukraynanı gələcəkdə iqtisadi cəhətdən güclü tərəfdaş kimi gördüyünə” dair “aydın siqnaldır”. Eyni zamanda o bildirib ki, hazırda konkret investisiya qərarları gözlənilmir. Nazir bildirib ki, ötən ilin payızında Kiyevə səfər etməyi planlaşdırıb, lakin səfər təxirə salınmalı olub. “İndi məqamın yetişdiyini düşündük", - deyə o qeyd edib.

Xabek Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından bəri və federal nazir qismində ilk dəfədir ki, Ukraynaya səfər edir. 2021-ci ilin mayında o, Almaniya Yaşılları Partiyasının sədri kimi ölkəyə səfər edib və daha sonra Kiyevə müdafiə silahlarının verilməsini tələb etdiyinə görə hətta öz partiyasında kəskin tənqidlərə məruz qalıb. Hazırda Almaniyada "Yaşıllar" ən fəal şəkildə silahların Ukraynaya verilməsinin tərəfdarıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]