Xankəndidəki general Azərbaycan vətəndaşlarını necə soyur? – Detallar

1-04-2023, 00:03           
Xankəndidəki general Azərbaycan vətəndaşlarını necə soyur? – Detallar
Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərə qarşı soyğunçuluq fəaliyyəti getdikcə güclənməyə başlayıb.

Bunu “Hraparak” qəzeti yazıb.

Məlumata görə, son zamanlar sülhməramlılar qondarma rejimdəki ermənilərin hesabına gəlirlər əldə etməyə başlayıblar. Qəzetin mənbəsi bildirir ki, sülhməramlılar yerli ermənilərdən aldığı rüşvətin məbləğini son aylarda 5 dəfə artırıblar. Belə ki, əgər əvvəllər Qarabağa qida və ya digər mallar gətirmək üçün hər böyük yük maşınından 1000-2000 dollar alırdılarsa, artıq ruslar bu rəqəmi 10 min dollara qaldırıblar.

Vəziyyətin bu həddə çatması ruslarla separatçılar arasında vəziyyəti qəlizləşdirib. Belə ki, tərəflər arasında razılaşmaya əsasən, ruslar Xankəndiyə 10 maşın yük gətirməyi öhdəliyə götürsələr də, bunun yalnız 8-ni Araik Arutyunyanın adamlarına təhvil verə bilirlər. Digər 2 maşını isə general Volkovun rəhbərliyindəki sülhməramlılar özləri Xankəndidə biznes vasitəsi olaraq istifadə edirlər. Yəni malları sataraq ondan gəlir əldə edirlər.

Qeyd edək ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası porsesinin qaçılmaz olduğunu dəfələrlə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]