ABŞ Bakıda doğulan erməni biznesmenə sanksiya qoyub – Rusiya üçün silah aldığı müəyyən olunub

31-03-2023, 13:37           
ABŞ Bakıda doğulan erməni biznesmenə sanksiya qoyub –
Birləşmiş Ştatlar ABŞ Maliyyə Nazirliyinin tələbi ilə Şimali Koreya ilə Rusiya arasında silah sövdələşməsində araçılığa cəhd etmiş Slovakiya vətəndaşına sanksiyalar qoyub.

Söhbət Rusiyaya Şimal Koreyadan gizli yollarla silah gətirilməsindən gedir. ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Slovakiya vətəndaşı Aşot Mkrtıçev Vaşinqtonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) qoyulmuş sanksiyalarını pozub.

Slovakiya mediasında 57 yaşlı Mkrtıçevin Azərbaycan doğumlu olduğu qeyd edilir. Məlumatda deyilir ki, Mkrtıçev 2022-ci ilin sonlarında və 2023-cü ilin əvvəllərində Şimali Koreyanın bir sıra nümayəndələri ilə birlikdə Rusiya nümayəndələri ilə Şimali Koreyadan Rusiyaya 20 adda silah gətirilməsinə dair danışıqlarda olub.

Moskva bu silahların müqabilində Şimali Koreyaya sərnişin təyyarəsi və xammal, nəqd pul və başqa materiallar verməli idi.

Bu da iddia edilir ki, Rusiya vəzifəliləri belə bir sövdələşməyə hazır idilər. Daha sonra deyilir ki, Mkrtıçev hansısa Rusiya nümayəndəsi ilə birlikdə təyyarənin Şimali Koreyaya çatdırılmasını müzakirə ediblər.

Məlumatda bildirilir ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri 9 min ədəd hərbi texnika itirib və indi yaranmış boşluğu doldurmağa çalışır.

ABŞ-ın maliyyə naziri Canet Yellen bu barədə deyib: "Mkrtıçevin işi kimi sxemlər göstərir ki, Putinin son ümidi İran və KXDR kimi ölkələrədir”.

ABŞ bundan əvvəl iddia edirdi ki, Pxenyan Rusiyaya, o cümlədən “Vaqner” özəl hərbi şirkətinə sursat verir. Şimali Koreya hakimiyyəti bu ittihamları rədd edirdi. “Vaqner” şirkətinin yaradıcısı Yevgeni Priqojin isə bu barədə suallara cavab verərkən, bunları şayiə və dedi-qodu adlandırmışdı.

Qeyd edək ki, Aşot Mkrtıçev 2009-cu ildə Slovakiyada sifarişli qətlin təşkilində iştiraka görə məhkum edilib. O vaxt Slovakiya mediası onu keçmiş silah alverçisi kimi təqdim edirdi.

Lakin onun barəsində məhkəmə hökmü icra edilməmiş qalmışdı. Hazırda Mkrtıçevin Slovakiyada nizamnamə kapitalı 5 min avro olan bir şirkəti var.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]