Bakıda görüşdən imtina edən separatçıların vıziyyəti dahada ağırlaşacaq...

28-03-2023, 17:04           
Bakıda görüşdən imtina edən separatçıların vıziyyəti dahada ağırlaşacaq...
Qarabağdakı separatçılar Bakıda görüşün keçirilməsi və reinteqrasiya məsələlərinin müzakirə edilməsi ilə bağlı təklifi qəbul etməyib. Gözlənilən idi, amma bu imtina separatçıların vəziyyətini daha da ağırlaşdıracaq:
- Azərbaycan reinteqrasiya prosesinin alternativini qəbul etməyəcək;
- Beynəlxalq güclər separatçıların “müqəddəratını təyin etmə” istəklərini yaxın buraxmır, Araik etiraf edir ki, beynəlxalq təşkilatlar sadəcə bəyanatdan başqa heç nə etmirlər: rusların da əlindən heç nə gəlmir;
- Son əməliyyat nəticəsində onların xarici aləmə - Ermənistana çıxış yolları tamamilə bağlanıb, əlavə yol axtarışları da bundan sonra mümkün olmayacaq, çünki belə cəhdə qarşı eyni addım atılacaq;
Rəsmi Bakı hələ Xocalıdakı görüşdən sonra separatçılara mesaj ünvanlamışdı ki, ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da daha sərt addımlar atılacaq. Bu addımlar həm hərbi müstəvidə, həm də kommunikasiya təminatı ilə bağlı atıla bilər.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]