Şengen zonasında islahatlar: Avropa özünü daha yaxşı qorumaq istəyir

10-12-2021, 08:11           
Şengen zonasında islahatlar:
Fransa Avropa İttifaqı Şurasına sədrliyi dövründə Şengen zonasında islahatlara başlayacaq.

Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, Avropanın öz xarici sərhədlərini daha yaxşı müdafiə etməsinin vacibliyini vurğulayıb.

Makron, həmçinin böhran zamanı fövqəladə sərhəd dəstəyi mexanizminin tətbiqini təklif edib.

Qeyd edək ki, Fransanın Avropa İttifaqı Şurasına altı ay müddətinə sədrliyi 2022-ci il yanvarın 1-dən başlayacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]