Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

17-01-2019, 07:24           
Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq
“Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti - ETI-Holidays (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

AZAL-dan "Report"a verilən məlumata görə, memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur.

Memoranduma əsasən, ETI-Holidays Azərbaycanın turizm potensialını təşviq etməyi və yerli turistlər arasında yeni təyinat markasının təşviqini dəstəkləməyi öz öhdəliyinə götürür.

“Azərbaycan Hava Yolları” Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Pekinin hava limanına rahat “Boeing 767-300” layneri ilə birbaşa uçuşlar həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]