Britaniyalı təsadüfən Trampın İraqa uçmasının sirrini açdı

28-12-2018, 09:24           
Britaniyalı təsadüfən Trampın İraqa uçmasının sirrini açdı
Meloy dekabrın 26-da səmada təyyarədən qalan izi görüb.

Fotolarla və təyyarələrlə maraqlanan Böyük Britaniyanın Şeffild şəhər sakini Alan Meloy təsadüfən ABŞ prezidenti Donald Trampın İraqa uçuşunun sirrini açıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı CNN telekanalı yayıb.

Mənbə bildirir ki, Meloy dekabrın 26-da səmada təyyarədən qalan izi görüb və onun şəkilini çəkmək fikrinə düşüb.

Çəkilişdən sonra o, fotoaparatda diqqətlə baxanda hiss edib ki, bu, heç də adi təyyarə deyil, ABŞ prezidentinin 1 nömrəli bortu hesab edilən təyyarəsi Boeing VC-25-dir.

Meloy bu fotonu Flickr fotohostində yerləşdirib və məqsədi isə fotonu başqa kiminsə görüb-görmədiyini öyrənməyə çalışmaq olub.

Bu, sosial şəbəkənin abunəçilərinin marağına səbəb olub və çoxları şərh yazıb ki, ABŞ prezidenti ya İraqa, ya da Əfqanıstana uçur.

Fotonun yayılmasından bir neçə saat sonra isə Trampın təyyarəsi Bağdadın yaxınlığındakı avia bazaya enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]