Aİ İranı nüvə və raket proqramlarına son qoymağa çağırıb

13-12-2018, 07:29           
Aİ İranı nüvə və raket proqramlarına son qoymağa çağırıb
Avropa İttifaqı (Aİ) İranı nüvə və raket proqramlarını dayandırmağa çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Niderlandın BMT yanında daimi nümayəndəsi Karel van Oster tərəfindən açıqlanan Aİ ölkələrinin birgə bəyanatında deyilir.

Onun sözlərinə görə, Aİ ölkələri BMT-nin İranın "fəaliyyəti" barədə hesabatının nəticələrindən narahatdırlar.

Karel van Osterin həmçinin qeyd edib ki, Aİ İran sövdələşməsinin saxlanmasının tərəfdarıdır. Niderland təmsilçisi bildirib ki, hazırda Avropa İttifaqı sözügedən sazişə alternativ görmür.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şəkərçi bildirib ki, Tehran raket sınaqlarını davam etdirmək niyyətindədir və bunun üçün xarici dövlətlərin icazəsinə ehtiyac yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]