Litvanın XİN rəhbəri: “Uşaqlarımız bizi söyəcəklər”

5-11-2023, 12:08           
Litvanın XİN rəhbəri:
Litvanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Qabrielius Landsberqis Rusiya və Ukrayna arasında sülh sazişinin əleyhinə çıxış edib.

Özünün “X” sosial şəbəkə hesabında paylaşım edən Litvanın XİN rəhbəri qeyd edib ki, Rusiya ilə imzalanacaq mümkün sülh müqaviləsi Kremlin vaxt udması və yenidən silahlanması ilə nəticələnəcək.

“Biz Kremlin əsrlər boyu imperiya təcavüzünə son qoymaq və bir neçə qitənin gələcəyini təmin etmək fürsətini əldən verməyə çox yaxınıq. Uşaqlarımız onlar üçün qazdığımız səngərlərdə bizi söyəcəklər” - Qabrielius Landsberqis qeyd edib.
Qeyd edək ki, dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri ABŞ və Avropa İttifaqı nümayəndələrinin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə mümkün sülh danışıqlarını müzakirə etməyə hazırlaşıdığını yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]