Lyaşko: “Zaporojye AES-də qəza ehtimalına qarşı Ukrayna kifayət qədər dərman alıb”

27-08-2022, 11:13           
Lyaşko: “Zaporojye AES-də qəza ehtimalına qarşı Ukrayna kifayət qədər dərman alıb”
Ukrayna Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) baş verə biləcək qəza halında kifayət qədər zəruri dərmanlar alıb.

Bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko telemarafonda bəyanat verib.

O, xüsusilə bildirib ki, hazırda kalium yodid almağa ehtiyac yoxdur.

“Radiasiya yodunun mənfi təsir göstərməməsi və qalxanabənzər vəzimizi qorumaq üçün dövlət kifayət qədər dərmanlar alıb. Bu dərmanlar lazım gəldikdə paylanacaq”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, potensial təsir zonasında olan bütün xəstəxanalar bu dərmanla təmin olunub. Üstəlik, bu dərmanların tərkibindəki təsiredici maddələr lazımi nisbətdədir.

Eyni zamanda Enerqodar sakinlərinə hazırda şəhərdə radiasiya ilə bağlı vəziyyətin normal olduğu bildirilib və onlara yod içməmələri tövsiyə olunub.

Mənbə: RCB-Ukrayna












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]