Niderlandda iynədən qorxan, ancaq vaksinasiyadan keçmək istəyənlər üçün maraqlı təklif - VİDEO

28-12-2021, 09:44           
Niderlandda iynədən qorxan, ancaq vaksinasiyadan keçmək istəyənlər üçün maraqlı təklif - VİDEO
Niderlandda iynə vurmaqdan qorxan, lakin peyvənd vurdurmaq istəyən insanlara virtual reallıq eynəklərində vaksinasiyadan keçmək təklif olunur.

Bu barədə ölkənin səhiyyə nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu işlə Bələdiyyə Səhiyyə Xidmətləri (GGD) məşğul olur. Həmçinin o da vurğulanır ki, peyvənd zamanı rahatlanmağa imkan verən virtual reallıq eynəkləri ilə işləyən yerlərin sayı artıb.


Milli Sağlamlıq İnstitutunun (RIVM) son statistikasına görə, Niderland əhalisinin 12 yaşdan yuxarı 84,3%-i əhalisi COVID-19-a qarşı tam peyvənd olunub. Dekabrın 20-dən ölkədə ağır xəstəlikləri olan 5-11 yaşlı uşaqların peyvəndlənməsinə başlanılıb. Yanvarın ikinci yarısında ölkədə 5-11 yaş arası bütün uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]