Baydenin səhhətində problemlər yaranıb

4-12-2021, 07:31           
Baydenin səhhətində problemlər yaranıb
ABŞ Prezidenti Cozef Baydenin səhhətində problemlər yaranıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden yaş yarımlıq nəvəsinin ona soyuqdəyməyə yoluxdurduğunu, buna görə də səsinin tutulduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, - Amerika lideri jurnalistlərin səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.

Noyabrın sonlarında Ağ Ev Cozef Bayden haqqında tibbi hesabat açıqlayıb. Müayinəni aparan həkim 79 yaşlı prezidentin öz vəzifəsinə yararlı olduğunu bildirsə də, müəyyən edilmiş bir sıra problemləri qeyd edib. Belə ki, kolonoskopiya zamanı Ağ Ev rəhbərinin bağırsaqlarında diametri üç millimetr olan xoşxassəli polip aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]