Maqdalena Andersson yenidən İsveçin baş naziri seçildi

30-11-2021, 07:38           
Maqdalena Andersson yenidən İsveçin baş naziri seçildi
İsveç parlamenti Sosial Demokrat İşçi Partiyasının lideri Maqdalena Anderssonu yenidən ölkənin baş naziri vəzifəsinə təsdiq edib.

Redaktor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Anderssonun əleyhinə 173, lehinə isə 175 deputat səs verib.

Onun parlamentdəki 349 yerdən yalnız 100-nə sahib olan partiyası geniş koalisiya yarada bilmədiyi üçün xanım Maqdalena azlığın baş naziri olub.

Qeyd edək ki, noyabrın 24-də parlament ilk dəfə Anderssonun baş nazir postuna namizədliyini dəstəkləyib. Lakin bir neçə saat sonra Sosial Demokratlar və Yaşıllar koalisiyası dağılıb və yeni hökumət başçısı dərhal istefa verib.

Xatırladaq ki, rəsmi andiçmə mərasimindən sonra Andersson İsveç tarixində ilk qadın baş nazir olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]