"Biabırçı məğlubiyyətin yükünü çəkmək vaxtıdır" - Erməni siyasətçi

16-02-2021, 11:42           
"Biabırçı məğlubiyyətin yükünü çəkmək vaxtıdır" -
Ermənistan parlamentinin keçmiş deputatı, hakim "Mənim addımım" blokunun üzvü, Ermənistanın Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyan tutduğu postdan istefa verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, siyasətçi istefanın səbəblərini daxili amillərlə əlaqələndirib.

"İndi Çinə getmək vaxtı deyil, Ermənistanda olmaq lazımdır. İndi həmfikir insanlarla birlikdə biabırçı və amansız məğlubiyyətin yükünü çəkmək vaxtıdır. Əvvəlcə öz milli məsələlərimizi həll etməli, sonra başqa ölkələrlə münasibətlər barədə düşünməliyik", - deyə Karapetyan bəyan edib.

Siyasətçi əlavə edib ki, ictimai-siyasi planları ilə bağlı yaxın zamanlarda topluma məlumat verəcək.

Qeyd edək ki, V.Karapetyan 2020-ci ilin noyabrında deputatlıqdan istefa verərək Çinə ticarət nümayəndəsi təyin olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]