DÇ-da növbəti sensasiya: Yaponiya İspaniyaya qalib gələrək 1/8 finala yüksəldi

2-12-2022, 08:37           
DÇ-da növbəti sensasiya:
Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

İki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]