Moskvada qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb - VİDEO

1-07-2017, 07:40           
Moskvada qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb - VİDEO
İyunun 30-da Rusiyanın Moskva regionunda baş verən qasırğa nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
"Report" REN TV-yə istinadən xəbər verir ki, daha bir nəfərin meyiti Moskva çayının Marçuqi kəndi sahilində aşkar edilib.
Kişinin həmin ərazidə balıq tutmaqla məşğul olduğu ehtimal olunur.
Bundan əvvəl üç nəfərin öldüyü, onlarla insanın xəstəxanaya yerləşdirildiyi məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]