İranda güclü yanğın: ÖLƏNLƏR VAR

15-12-2020, 06:09           
İranda güclü yanğın: ÖLƏNLƏR VAR
İranın Qum əyalətində güclü yanğın baş verib.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, yanğın Sələfçeqan sənaye şəhərciyində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 fəhlə ölüb, 8-i isə xəsarət alıb.

Yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bir qismi isə hadisə yerində müayinə olunub.

Qeyd edək ki, yanğının söndürülməsinə təcili yardım avtomobilləri və helikopter cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]