Şahzadə Harri Meqan Marklla nikahındakı problemlər haqqında: "Biz 10 dəfə boşanmışıq"

6-12-2024, 16:34           
Şahzadə Harri Meqan Marklla nikahındakı problemlər haqqında: "Biz 10 dəfə boşanmışıq"
Şahzadə Harri Meqan Marklla nikahındakı problemlər barədə şayiələrə münasibət bildirib.

Oxu.Az-ın "People"ə istinadla verdiyi məlumata görə, bu barədə o, "DealBook 2024" sammitində danışıb.

Tədbirdə jurnalist Endryu Ross Sorkin Sasseks hersoqundan həyat yoldaşı ilə münasibətləri barədə şayiələr haqqında nə düşündüyünü soruşub.

"Bu, əlbəttə ki, yaxşı deyil. Mənimlə Meqan haqqında yazılanlara görə, biz 10 dəfə əmlak alıb köçmüşük və 10 dəfə boşanmışıq. Belə xəbərləri izləmək çətindir, ona görə də, sadəcə onları görməməzliyə vurursan. Ən çox trollara yazığım gəlir. Onlar nəyəsə ümid edirlər, sonra bu baş vermir. Həqiqətən təəssüf edirəm", - deyə Şahzadə Harri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]