"Avropa Ukraynaya sona qədər kömək etməlidir" - Fransa Prezidenti

27-05-2024, 11:58           
"Avropa Ukraynaya sona qədər kömək etməlidir" - Fransa Prezidenti
Avropa ölkələri Ukraynaya sona qədər dəstək verməlidir.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib.

“Biz Ukraynaya sona qədər müqavimət göstərməyə kömək etməliyik, silahlandırmalıyıq, təlim keçməliyik, dəstəkləməliyik”, - dövlət başçısı vurğulayıb.

Makron həmçinin Avropa ölkələrini sülhə nail olmaq üçün istənilən ssenariyə hazır olmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]